Vaxt.Az

Tacikistanda əhaliyə çağırış


 

«Ərzaq, su, isti geyim tədarükü görün!»

Tacikistanda əhaliyə çağırış Tacikistanın Fövqəladə Hallar Komitəsi kəskin soyuqların düşəcəyi ilə əlaqədar vətəndaşları kömür, şam, ərzaq, içməli su, isti geyim və tibbi ləvazimatların tədarükünü görməyə çağırıb.

Bu həftə Düşənbədə havanın temperaturu gecələr mənfi 14-17, dağlıq rayonlarda isə -20 dərəcə olacaq.

Həmçinin güclü qar yağacağı gözlənilir və həftə sonuna kimi güclü şaxta olacaq.

Son 15 ildə elektrik enerjisinin çatışmazlığından əziyyət çəkən Tacikistanda şaxtalar düşən kimi elektrik enerjisi ilə bağlı ciddi problemlər yaranır.

Təkcə paytaxt Düşənbədə və Dağlıq Bədaxşan avtonom əyalətində fasiləsiz elektrik enerjisi mövcuddur, digər yerlərdə, xüsusilə kəndlərdə sutkada cəmi 10 saat elektrik enerjisi verilir.

 





22.11.2016    çap et  çap et