Vaxt.Az

2024-cü ilə hazırlaşın!


 

Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

2024-cü ilə hazırlaşın! Azərbaycanın qarşıdan gələn 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi gözlənilir.

Modern.az-ın xəbərinə görə, bu öz əksini «Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası»nın layihəsində tapıb.

Layihənin «4.5.9. İdman siyasətinin əsas istiqamətləri» adlanan hissəsində bildirilir ki, - Azərbaycanda 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq niyyətindədir.

Artıq «Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası» Milli Məclisə təqdim olunub.

 





23.11.2016    çap et  çap et