Vaxt.Az

Təbrizin bələdiyyə sədri sərt danışdı


 

«Dövlət Təbriz metrosu üçün bir rial belə ödəməyib»

Təbrizin bələdiyyə sədri sərt danışdı Təbrizin Bələdiyyə başqanı şəhərin metro tikinti layihəsinin icrası və ona xərclənən vəsaitlə bağlı danışarkən dövlətin bu layihəyə ayırdığı büdcə vəsaitinə də işarə edib.

«Dövlət ötən illərdə Təbriz Metro Layihəsinin icrasına 700 milyard tümən vəsait ödəyib. Lakin cari ildə dövlət tərəfindən bu proje üçün bir rial belə ödənilməyib»- deyə Sadiq Nəcəfi mətbuata bildirib.

İmkanların məhdud olmasına rəğmən bu günə kimi layihənin icrasının dayanmadığını deyən Bələdiyyə başqanı projenin yüksək məbləğdə vəsait tələb etdiyini diqqətə çatdırıb. «Təkcə bir dayanacağın tikintisinə 60 milyard tüməndən çox vəsait tələb olunur, bu o deməkdir ki, dövlətin yardımı olmadan bu layihə heç bir şəkildə icra oluna bilməz»- deyə o vurğulayıb.

«Metro nəqliyyat vasitəsi olmaqdan başqa, həm də şəhərin görkəmində mühüm rol oynayır. Ona görə də, metro dayanacaqlarının tikilməsində memarlıq və dizayn işləri şəhər əhalisinin keçmişi və mədəniyyətinə uyğun bir şəkildə həyata keçirilməlidir» - deyə S.Nəcəfi əlavə edib.

 





25.11.2016    çap et  çap et