Vaxt.Az

25 yaşlı ağsaqqal


 

Həqiqətin mavi aynası - ANS

25 yaşlı ağsaqqal 26 noyabr. Bu tarix təkcə ANS-in yaranma tarixi yox, həm də Müstəqil Azərbaycanin yaranma tarixidir.

Müharibədən yaranan, döyüşlərdən keçən, səngərlərdən atlayan ANS 26 il xalqin görən gözü, eşidən qulağı oldu. ANS xalqin eşitmək istədiyini dedi. Görmək istədiyini göstərdi hər zaman. Məmur qapısı üzünə bağlanan hər kəs, qapısı hər zaman hamının üzünə açıq olan ANS-ə üz tutdu. ANS çoxunun dərdinə dərman, yarasına məlhəm oldu. Çoxlarına ümid yeri idi.

ANS hər zaman dövlətçiliyə, xalqa – AZƏRBAYCANa xidmət etdi. Səngərdə sözü, kamerasi ilə savaşdı. ANS həmişə seçildi. Nümunə oldu. Bu gün bu - 25 yaşli gəncin yaraniş günüdür. Çətinliklərdən keçmiş, hər zaman sözünün kəsəri ilə fərqlənmiş gəncin yubileyidir.

25 yaşı olmasına baxmayaraq onun ülgüc kimi kəsərli, ağsaqqal sözü kimi ağır məntiqi vardı. Bu 25 yaşlı gənc asan doğulmadığı kimi, asan həyat da arzulamadı. Tanrıdan təkcə güclü olmağı dilədi. İstəyi uğrunda çalışdı-vuruşdu axır ki, arzusuna çatdı. Men ANS haqda keçmiş zamanda danışmaq istəmirəm. Çünki keçmişin keçmiş olması üçün zamanın keçməsi kifayət etmir. ANS bu günün, gələcəyin tarixidir.

ANS Müstəqil Azərbaycanın tarixidir. İnsanın gələcəyi öz keçmişinin çiynində gedir. ANS-in gələcəyi də keçmişinin çiynində gedir. Bu isə Tək zaman anlayışı yox, həm de şərəfli gələcəkdir. Bu gün hər il olduğu kimi yaraniş gününü qeyd edəcəyik. 25 yaşlı gənc ad günün mübarək! Hər zaman var olacaqsan!

Yerin görünür demirəm! Bunu yoxluq haqda deyərlər. Sənsə varsan! Hər birimizin qəlbindəsən! Sözündəsən! Əməlindəsən!

 





26.11.2016    çap et  çap et