Vaxt.Az

Bakı metrosunun nəhs günü


 

Səhər intihara cəhd oldu, günorta qatarda nasazlıq yarandı...

Bakı metrosunun nəhs günü «Bakı Metropoliteni»nin «Azadlıq prospekti» stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb». Bu barədə «Trend»ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb: «30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər «Nəsimi» stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur».

N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.


***


Bakıda metroda bir nəfər intihara cəhd edib. Bu barədə «Trend»ə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stnasiyada qatarların hərəkəti bərpa edilir.

«Trend»in digər məlumatına görə, intihara cəhd edən şəxs Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: «Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırılması istiqamətində iş görülür».

 





30.11.2016    çap et  çap et