Vaxt.Az

Hökumət Urmiya gölünün büdcəsini vermir


 

Urmiya gölünün bərpası layihələri dayandırıla bilər, deputatlar əhalidən yardım istəyir

Hökumət Urmiya gölünün büdcəsini vermir Urmiya Gölünü Bərpa Mərkəzinin katibi İsa Kəlantərinin bu günə qədər hökumət tərəfindən bərpası layihələri üçün hər hansı bir vəsaitin buraxılmadığına dair açıqlamaları ictimaiyyətdə ciddi narahatlıqlara səbəb olub.

Urmiya gölü üçün nəzərdə tutulmuş vəsaitin Həsən Ruhani hökuməti tərəfindən verilməməsini tənqid edən siyasətçilərdən biri, Təbriz millət vəkili Şəhabəddin Bimiqdar xəbər agentliklərinə müsahibədə əhaliyə yardımı üçün müraciət etməyi təklif edib.

Amma oktyabrın 20-də «Nasr News»a danışan İsa Kəlantəri Urmiya gölünü bərpası layihələrinin davamının ancaq hökumətin vəd etdiyi vəsaitin buraxılması ilə mümkün olacağını vurğulayıb.

«Bu il hökumət Urmiya gölünü bərpası layihələrində xərclənmək üçün 1200 milyard tümən vəsait buraxmalı idi. Ancaq bu günə qədər heç bir vəsait verilməyib», deyə bərpa mərkəzinin katibi bildirib. O, eyni zamanda hələ də ümidli olduğunu söyləyib.

Bərpa mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Xəlil Sai isə İSNA agentliyi ilə müsahibədə Urmiya gölü ilə bağlı layihələrin dayandırılması ehtimalından söz açıb.

Bununla yanaşı, Türk Bölgələri Fraksiyasının sözçüsü, Təbrizin islahatçı millət vəkili Zəhra Sai məsələ ilə bağlı Həsən Ruhani hökuməti ilə müzakirələrin davam etdiyini bildirib.

 





03.12.2016    çap et  çap et