Vaxt.Az

Parfümeriyanın paytaxtı təhlükədə


 

«Chanel № 5»in aqibəti dəmiryoluna görə riskə düşüb

Parfümeriyanın paytaxtı təhlükədə «Chanel» şirkəti elan edib ki, Fransanın cənubunda sürətli dəmiryolu salmaq planları məşhur ətir istehsalında istifadə edilən jasmin tarlalarının məhvinə gətirə bilər.

Şirkət xəbərdarlıq edir ki, hər hansı başqa bir yerdə yetişdirilmiş jasmin əfsanəvi «Chanel № 5» ətirin rahiyəsini bərpa olunmaz şəkildə dəyişər.

Fransanın SNCF dəmiryol şirkəti deyir ki, Fransa Rivyerasında yolların əsaslı modernləşdirilməsi ehtiyacı çoxdan yetişib, və onu bundan sonra da təxirə salmaq mümkün deyil.

Lakin Şanel açıq məktub dərc edib və yüksək sürətli dəmiryolunun Qrass rayonundakı ənənəvi sənətlərə faciəvi təhlükə olacağını deyir.

Şirkətin iddiasınca, bir flakon 30 millilitrlik «Chanel № 5» ətirinin istehsalı üçün təxminən 1000 jasmin çiçəyi tələb olunur.

«Chanel № 5» 1920-ci ildə xanım Koko Şanelin Qrassda istirahət edərkən ətriyyatçı Ernest Beaux ilə tanış olduğu zaman yaradılıb.

O vaxtdan Şanel ətiri istehsalatının bir hissəsi Qrassda qalır, və çoxları buranı dünyanın ətir paytaxtı hesab edir.

Lakin SNCF israr edir ki, Fransa Rivyerası sahilinin bütün nəqliyyat sisteminin təcili modernləşdirməyə ehtiyacı var.

SNCF deyir ki, hazırkı Marsel-Nitsa qolu ölkənin Paris kənarında ən çox yüklənmiş yoldur.

Şirkət Marsellə Nitsa arasında məsafənin 1 saat tez qət etməyə imkan verən dəmiryolunun tikintisinə 6,7 milyard avro yatırmaq niyyətində olduğunu bildirir.

Lakin SNCF israr edir ki, Fransa Rivyerası sahilinin bütün nəqliyyat sistemini təcili modernləşdirməyə ehtiyacı var.

Şirkət bu bölgədə bitən jasmini Şanel ətirinin istehsalı üçün əvəzolunmaz adlandırır.

 





03.12.2016    çap et  çap et