Vaxt.Az

“Araz”ın rəqibləri bəlli oldu


 

UEFA kubokunun elit-raundunun püşkü atılıb

“Araz”ın rəqibləri bəlli oldu Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə qitənin 16 ən güclü klubunun rəqibləri müəyyənləşib. Son illərin dəyişməz Azərbaycan çempionu “Araz”ın da növbəti 3 rəqibi məlum olub.
Təmsilçimiz D qrupunda yer alıb. Portuqaliyada baş tutacaq qrup oyunlarında Naxçıvan klubu yerli “Sportinq”, “Qyori” (Macarıstan) və “Eyndhoven” (Hollandiya) klubları ilə mübarizə aparacaq.
A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya)*, “Tırqu Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna) 
B qrupu: “Dinamo” (Rusiya), “Litija” (Sloveniya)*, “Slov-Matik” (Slovakiya), “Ekonomak” (Serbiya),
C qrupu: “Kayrat” (Qazaxıstan)*, “VitEn” (Belarus), “Tulpar” (Qazaxıstan), “Tanqo” (Bosniya və Hersoqovina)
D qrupu: “Sportinq” (Portuqaliya)*, “Araz” (Azərbaycan), “Qyori” (Macarıstan) və “Eyndhoven” (Hollandiya)
* - meydan sahibləri
Qeyd edək ki, noyabrın 19-24-də keçiriləcək elit-raundda qrup qalibi olan komandalar “Dördlər finalı”na vəsiqə qazanacaq.
 





18.10.2013    çap et  çap et