Vaxt.Az

Nar dənələrinin sirri


 

Sayı qədər dərdə dərman olduğu üçün çoxdənəlidir

Nar dənələrinin sirri Xərçəngi önləyən, ürəyinizin dostu narın bir faydası daha tapıldı. Elm adamları, nar suyunun qarın ətrafındakı yağları azaltmaqda təsirli olduğunu təyin etdilər. Daily Mail-nin verdiyi xəbərə görə, Edinburgh Universitetindən araşdırmaçılar hər gün içilən nar suyunun yalnız 1 ay ərzində qarın ətrafındakı yağ hüceyrələrinin inkişafını yavaşlatdığını təsbit etdilər.
Ayrıca, elm adamları nar suyu içənlərin qan təzyiqinin düşdüyünü və buna bağlı olaraq da infarkt, iflic və böyrək xəstəliyi risklərinin də azaltdığını ifadə etdilər. 
Nar suyunun qandakı NEFA olaraq bilinən yağ turşuları kimi turşuların miqdarını azalda bildiyini söyləyən araşdırmaçılar, etdikləri təcrübədə bir qrup qadın və kişi iştirakçıya 4 həftə müddətində 500 ml-lik şüşələrdə hər gün nar suyu verdilər.
Təcrübənin sonunda iştirakçıların az qala haradasa yarısının NEFA səviyyəsi düşdü. Ayrıca qadın və kişi iştirakçıların yüzdə 90-dan çoxunun ay sonunda qan təzyiqinin də düşdüyü təyin olundu.
Buna görə, tədqiqatçılar nar suyunun ürək-damar xəstəliyi riskini azaltmaqda da faydalı olduğunu ifadə etdilər.
 





25.09.2013    çap et  çap et