Vaxt.Az

«Lənətləyirik!»


 

İlham Əliyev Ərdoğana teleqram göndərdi

«Lənətləyirik!» Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ötən axşam İstanbulda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Prezidentin rəsmi saytı başsağlığı teleqramının mətini yayıb. Orada deyilir: «Əziz qardaşım, İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!»

 





11.12.2016    çap et  çap et