Vaxt.Az

«Traktor» Tehran «İstiqlal»ını əzdi…


 

…Və birinci pilləyə qayıtdı

«Traktor» Tehran «İstiqlal»ını əzdi… Təbrizin «Traktor» futbol komandası ən prinsipial görüşdə Tehran komandası «İstiqlal»ı öz şəhərində məğlub etdi. İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçirilən görüş, yerli vaxtla saat 16:20-də Tehranın Azadi stadionunda başlayıb. Görüş 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

«Traktor» tərəfindən Fərzad Hatəmi 55 və 68-ci dəqiqələrdə, «İstiqlal» tərəfindən isə Kavə Rzayi 7-ci dəqiqədə qol vurublar.

Bu qələbədən sonra «Traktor» 27 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. «İstiqlal» isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

Görüş zamanı «İstiqlal» tərəfdarlarının əksəriyyəti ədəbsiz hərəkətlərə yol veriblər. Onlar Azərbaycan komandası və onun tərəfdarlarına qarşı təhqiramiz şüarlar səsləndirərək oyun getdiyi zaman «Traktor» oyunçularına portağal və bəzi əşyalar atıblar. Portağallardan biri Məhəmməd İbrahiminin baş nahiyəsinə dəyib və oyunun bir neçə dəqiqə dayanmasına səbəb olub.

Görüş zamanı «Traktor» tərəfdarları əllərində 1946-cı ildə baş vermiş «21 Azər» hadisələri ilə bağlı şəkillər qaldıraraq bu tarixi Hərəkatın xatirəsini növbəti ildönümü ərəfəsində canlandırıblar.

 





10.12.2016    çap et  çap et