Vaxt.Az

Bir-birini anlamayan cütlüklər


 

Söz var dağa qaldırar, söz də var dağdan endirər

Bir-birini anlamayan cütlüklər Mükəmməlliyin sərhədi yoxdur. Yaşamaq üçün əks cinsin sirlərini bilmək və ağıllı hərəkət etmək lazımdır. Bunu etmək çox sadədir, amma sizə elə gəlmir?
Nə qədər bayağı da olsa demək lazımdır ki, kişilər qadınlardan marslıların yerlilərdən fərqləndiyi qədər fərqlənirlər. Nəinki, anatomik hətta dünyagörüşündə, hadisələri dərk etməkdə də.
Ümumiyyətlə, qadınlar öz hisslərini bildirmək üçün poetik ifadələrdən yararlanmağı xoşlayırlar. Amma nə edəsən ki, qadınların «mədəni» danışığını kişilər tam əksinə başa düşürlər. Təbii ki, bu cür sözlər kişini qıcıqlandırır. Nəticədə qadınlar gözləmədikləri reaksiyayla qarşılaşır və məyus olurlar. 
Məsələn: Qadın «biz heç vaxt, heç yerə getmirik» deyirsə, əslində bunu belə deməlidir: «Mən istərdim ki, biz harasa gedib, istirahət edək, sən nə fikirləşirsən?». 
Kişi isə bunu belə başa düşür: «Sən lazım olanı heç vaxt etmirsən. Səndən heç nə qalmayıb, səni yaxşı tanımamışam, səni romantik bilirdim» və s. 
Başqa bir misal. 
Tutaq ki, qadın «Mən yoruldum» gileyini edir. Qadın demək istəyir ki, «Mənə diqqət ayırmırsan. Yəqin bu sənin son vaxtlar məşğul olmağından irəli gəlir. Sənin heç vecinə də deyil ki, mən varam yoxsa yox. »Bəlkə sən məni qucaqlayıb deyəsən, mən sənə nə qədər lazımam». . . 
Kişi bunu belə başa düşür: «Mən hər şey edirəm, sən isə heç nə etmirsən. Mən hər şeyin öhdəsindən gələ bilmərəm. Sən çox qəddarsan». 
Beləcə hisslərin bu formada çatdırılması, bir-birini anlama, izahı olmayan emosiya və ehtirasların vulkanı ilə nəticələnir. 
Qəribədir ki, kişinin dedikləri də qadınlarda əks fikir yaradır. 
Məsələn: Kişi kefsizdirsə, lakin «Hər şey yaxşıdır» deyirsə, bununla kişi «Hər şey normaldır. Mən özümü yaxşı hiss edirəm. Mənə kömək lazım deyil» demək istəyir. 
Qadın isə narahat olur. Belə fikirləşir ki, kişi sirlərini demək istəmir. Əslində qadınlara kişilərin dilini və hərəkətlərini başa düşmək çətindir. Əsasən də güclü cinsin nümayəndəsi səssizliyə qərq olanda. Qadınlar anlamalıdırlar ki, kişilər bikef olanda, stress keçirəndə nəinki danışmırlar, hətta öz aləminə çəkilir, hər şeyi təklikdə götür-qoy etmək istəyir. Qadınlar isə bunu qəbul etmək istəmirlər. Qadın sevimlisini dəstəkləmək istəyir. Halbuki qadın kişini nə qədər söhbətə çəkmək istəyirsə, mübahisəni bir o qədər də yaxınlaşdırdığının fərqində olmur. 
Psixoloqlar hesab edirlər ki, hərdən mübahisə də lazımdır. Darıxdırıcı həyatdansa, sonu sülhlə qurtaran mübahisə daha maraqlıdır. 
Həmişə öz iradlarınızı dəqiq ifadə edin. Keçmişi yada salmaq lazım deyil, əks fikir eşitdikdə onu rədd etməyə tələsməyin. Əgər hisslərinizi cilovlamaq çətindirsə, çalışın daxilinizdəki kini-küdurəti biruzə verməyəsiniz. Tikanlı sözlər, yersiz atmacalar mübahisəni daha da qızışdırır. Çalışın bir – birinizi yaxşı başa düşəsiniz, mehriban həyat sürəsiniz. 
Allah həmişə sizi mehriban eləsin! Amin!
 





26.09.2013    çap et  çap et