Vaxt.Az

Azərbaycanın təhlükəsizliyi İsrailə həvalə edilir


 

«Mossad» zabitləri Bakıya gəlir

Azərbaycanın təhlükəsizliyi İsrailə həvalə edilir İsrailin dövlət kəşfiyyat xidməti- «Mossad»ın rəhbəri Yosi Koen baş nazir Benyamin Netanyahunun dekabrın 13-də Azərbaycana baş tutacaq səfəri ilə bağlı açıqlama verib.

«Breakingisrailnews» nəşrinin suallarını cavablandıran Mossad rəhbəri bildirib ki, bu səfər strateji əhəmiyyətinə görə İsrail üçün çox mühüm əhəmiyyətə malikdir. 

Son günlər İsrail iki ölkə arasında təhlükəsizlik sahəsində birgə əməkdaşlığa dair məsələ qaldırıb və ilkin danışqlar da bu mövzuda olub: «Ümid edirəm ki, hər iki ölkənin ən yüksək səlahiyyətli şəxsləri qarşılıqlı anlaşma barədə yekun bəyannamənin mətnini yaxın günlərdə imzalayacaq» - Koen belə deyib. 

Bəyannamədə tərəflərin birgə  təhlükəsizliyə təhdid yaradan hallara qarşı mübarizədə əməkdaşlıq edilməsi nəzərdə tutur. İsrail Azərbaycanda müasir təhlükəsizlik sisteminin quraşdırılmasını və avadanlıqların göndərilməsini öz üzərinə götürür. 

«Azərbaycan Təhlükəsizlik Xidmətinin əməkdaşları  ilə ilkin razılaşmaya əsasən, «Mossad» bu ölkə ilə terrorizmə və regional ekstremizmə  qarşı mübarizədə, çevrilişlərin qarşısının alınması və çoxtərəfli regional müttəfiq kimi əməkdaşlıq edəcək. Bununla əlaqədar olaraq, tərəflər təcrübəli «Mossad» zabitlərinin Bakıda fəaliyyət göstərməsini razılaşdırıblar. Həmçinin Təl- Əviv və Bakı arasında mövsümi olaraq, təhlükəsizlik məsələlərinə dair birgə iclaslar keçiriləcək»- İsrail kəşfiyyatının rəhbəri belə açıqlama verib. 

Hazırlanmış bəyannamənin məqsədi barədə suala cavabında isə Y.Koen bunun Azərbaycanın təhlükəsizliyi üçün  vacib olduğunu söyləyib: «Bu sənəd, sözsüz ki, xarici təhdidlərə qarşı Azərbaycanın təhlükəsizliyini artıracaq və hər iki ölkənin bölgədə maraqlarını təmin edəcək».

 





13.12.2016    çap et  çap et