Vaxt.Az

Ermənistanın həyasızlığı


 

Azərbaycan əsgərinin meyiti niyə qaytarılmır?

Ermənistanın həyasızlığı Ermənistan Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır. Bu barədə Modern.az-a Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

Qurumdan bildirilib ki, Ermənistanın rəsmi orqanları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə cavab verməkdən imtina edir.

Qeyd olunub ki, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır:

«Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmirlər.

Bununla belə, tərəfimizdən aidiyyəti dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək».

 





03.01.2017    çap et  çap et