Vaxt.Az

20 faizlik güzəşt


 

İngiltərədə ilk dəfə ev alanlara dövlət maliyyə yardımı göstərəcək

20 faizlik güzəşt Bu il İngiltərənin bəzi bölgələrində ilk dəfə ev almaq istəyənlərə dövlət yardımı göstəriləcək.

«Başlanğıc evləri ərazi fondu» layihəsi çərçivəsində 23-40 yaş arasında olan və ilk dəfə ev almaq istəyən vətəndaşlara 20 faizə qədər güzəşt olunacaq. Maliyyə yardımı yalnız müəyyən miqdarda qiyməti olan evlərə şamil ediləcək.

Layihəyə hələlik İngiltərənin yalnız bir neçə bələdiyyəsi razılıq verib. Buna baxmayaraq, Britaniyada hər kəsin öz evinin olmasına kömək göstərmək məqsədilə layihənin genişləndirilməsi planlaşdırılıb (AzərTAc).

 





05.01.2017    çap et  çap et