Vaxt.Az

Fars-molla rejimi milli geyimdən də qorxur


 

Aydın Zakiri hakimə etiraz olaraq məhkəmə iclasını tərk edib

Fars-molla rejimi milli geyimdən də qorxur Azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri Meşginşəhr məhkəməsi tərəfindən aldığı çağırış vərəqəsinə əsasən yanvarın 3-də məhkəməyə müraciət edib.

Çağırışa səbəb, fəalın toy mərasimində Azərbaycan milli geyimindən istifadə etməsi və mərasim zamanı milli-mədəni fəallar, xüsusi ilə də Abbas Lisaninin müəyyən məsələlərlə bağlı çıxış etməsi olub.

Məlumata görə, hakim məhkəmə iclasında A.Zakiridən müdafiə mətnini fars dilində yazmağı tələb edib, lakin milli-mədəni fəal bununla razılaşmayıb və Azərbaycan türkcəsində yazmağa başlayıb. Bundan sonra məhkəmənin əməkdaşları fəalın türkcə yazmasına mane olaraq onu farsca yazmağa məcbur etməyə çalışıblar. Bu vəziyyətə etiraz edən A.Zakiri fars dilində yazmaqdan imtina edərək məhkəmə iclasını tərk edib.

Oxşar vəziyyət 2016-cı il dekabrın 27-də tanınmış milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclasında yaşanıb. Müdafiə mətnini türk dilində yazan Lisani hakimin xəbərdarlığı ilə üzləşib, lakin fəal hakimin tələbi qarşısında müqavimət göstərib, bunun tamamilə qanunauyğun olduğunu vurğulayıb.

Görünür ki, Məhkəmə Orqanları azərbaycanlı milli-mədəni fəallar arasında müdafiə mətnlərinin türkcə yazılması ənənəsindən çəkinir, ona görə də fəallar məhkəmədə farsca yazmağa məcbur edilir.

 





05.01.2017    çap et  çap et