Vaxt.Az

Türkiyədə növbəti terakt


 

İki terrorçu məhv edildi, xəsarət alanlar var

Türkiyədə növbəti terakt Virtualaz.org-un «Doğan» agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayışdan sonra terrorçularla polis əməkdaşları arasındakı atışma zamanı 2 asayiş keşikçisi həlak olub.

Partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.

Virtualaz.org onu da bildirir ki, Türkiyə hakimiyyəti bütün yerli KİV-ə İzmirdə məhkəmə binasında partlayışla bağlı məlumatları işıqlandırmağı qadağan edən fərman verib.

 

***

 

17:52

İzmirdə Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayış bomba yüklənmiş avtomobil vasitəsilə törədilib.

Məlumatı «Doğan» agentliyi yayıb.

Agentliyin xəbərinə görə, hadisə yerində bir terrorçunun meyiti var.

Məlumata görə, bomba yüklənmiş avtomobillə hücumdan sonra iki terrorçu ilə polis əməkdaşları arasında atışma olub.

Terrorçulardan biri məhv edilib.

İlkin məlumata görə, 3 nəfər yaralanıb.

 

***

 

17:25

Türkiyənin İzmir şəhərində partlayış baş verib.

Virtualaz.org xəbər verir ki, şəhərdə məhkəmə binası önündə partlayıcı maddə yerləşdirilmiş avtomobil partladılıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

 





05.01.2017    çap et  çap et