Vaxt.Az

«Sarayımda kabuslar var»


 

«Cəsur ovçuları vəzifəyə çağırırıq!»

«Sarayımda kabuslar var» İsveç kraliçası Silviya Kral Sarayında kabusların dolaşdığına inandığını deyir. Ölkənin Drottninqholm şəhərindəki sarayını «bir qrup dostları və kabuslarla» bölüşdüyünü söyləyən Kraliça, «Əslində, həyəcan vericidir, məni qorxutmurlar» deyib.

Stokholm yaxınlığındakı saray 17-ci əsrdə inşa edilib.

Drottninqholm, Kraliça Silviya və Kral XVI Qustafın daimi olaraq yaşadığı yerdir.

SVT televiziya kanalının hazırladığı «Drottningholm Sarayı: Kral evi» sənədli filminin prodüserinə müsahibə verən Kraliça Silviya, «Sarayda bəzən tamamilə tək olmadığınızı hiss edirsiniz. Amma kabuslar olduqca dostcasınadır» deyir.

73 yaşlı Kraliçanın kabus iddialarına bacısı Şahzadə Kristina da dəstək verib.

Şahzadə Kristina, «Sarayda çox böyük bir enerji var. Bu enerjinin müxtəlif formalara görünməməsi qəribə olardı» deyib.

Kral ailəsinin kabus iddiaları İsveç mətbuatında istehza mövzusu olub.

İsveçin «Local» adlı xəbər saytı «Cəsur kabus ovçularını vəzifəyə çağırırıq! Saraya gedin və bu iddiaların ardınca düşün»! deyə çağırış edib.

Saytın xəbərində «Drottninqholm Sarayı il boyu ziyarətçilərə açıqdır. Yalnız Kral ailəsi - və onların kabus dostlarının - yaşadığı hissəyə girə bilməzsiniz» deyilir.

40 il əvvəl Kral Karl ilə evlənən Kraliça Silviya İsveç taxtında ən uzun müddət qalan şəxsdir.

 





05.01.2017    çap et  çap et