Vaxt.Az

«Bu, çox ciddi məsələdir»


 

Kerri: «Araşdırdıqdan sonra belə nəticəyə gəldilər ki, Rusiya hökuməti hücumlarla əlaqəlidir»

«Bu, çox ciddi məsələdir» ABŞ-ın dövlət katibi Con Kerri Donald Tramp administrasiyasını kəşfiyyat qurumlarının mövqeyinə hörmətlə yanaşmağa çağırıb. APA-nın xəbərinə görə, bu barədə RİA Novosti bildirir.

«Mən gələcək prezidentin seçimləri barədə məlumatsızam. Xüsusi xidmət orqanları dəfələrlə araşdırdıqdan sonra belə nəticəyə gəldilər ki, Rusiya hökuməti həmin hücumlarla əlaqəlidir. Bu, çox ciddi məsələdir. Mənim bu insanlara böyük hörmətim var. Onlar Amerikada hər bir insanın hörmətinə layiqdirlər. Bu o demək deyil ki, onlar həmişə  haqlıdırlar», – deyə Kerri Trampın Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair bəyanatlara şübhə ilə yanaşması ilə bağlı sualı cavablandırarkən bildirib.  

Bundan əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri rusiyalı hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.

Rusiya tərəfləri bütün ittihamları təkzib edir.

 





06.01.2017    çap et  çap et