Vaxt.Az

2017-ci il turizm üçün uğurlu başladı


 

Azərbaycan beynəlxalq turizm marşrutuna daxil edildi

2017-ci il turizm üçün uğurlu başladı Azərbaycan 2017-ci il üçün turizm marşrutları siyahısına daxil edilib. AzərTAc xəbər verir ki, «The Sunday Times» portalının 2017-ci ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirilib.

Xəbərdə bildirilir ki, Asiya və Avropa qovşağında yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərini yaşadan bir ölkədir. Məlumatda ölkənin dekabr ayında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olduğu qeyd olunur. «Azərbaycanın populyarlığının artması turistlərin buradakı otellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyləri ilə müəyyən olunur. Turistlər arasında getdikcə bu ölkəyə maraq artır», - deyə məqalədə bildirilir.

Yazıda, həmçinin İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Azərbaycan mətbəxi haqqında məlumat verilir. Eyni zamanda Bakının müasir memarlıq nümunələri ilə də zəngin olduğu vurğulanır, Heydər Əliyev Mərkəzi və «Flame Towers» barədə ətraflı bəhs edilir, Naftalan neftinin müalicəvi əhəmiyyətindən danışılır.

Siyahıya eləcə də Kanada, bəzi Afrika ölkələri, Portuqaliya, Peru, Braziliya, Ekvador, Hindistan, İrlandiya daxil edilib.

 





08.01.2017    çap et  çap et