KTMT-yə üzv ölkələrin hərbi-siyasi planda Ermənistandansa blok üzvü olmayan Azərbaycanla daha çox bağlı olduğu nəzərə alınsa, Rusiyanın reaksiyası təəccüb doğurmur.
Beləliklə, eyforiyanı xəyal sarsıntısı əvəz etdi – Bordyuja nəinki KTMT-də dəstək tapdı, həm də vəzifəsindən oldu.
Bu, dərhal bir neçə yöndə maraq doğurur. Nikolay Bordjuanın KTMT baş katibi postundakı müddəti 2015-ci ilin axırında başa çatıb və rotasiya qaydasında bu posta Ermənistan təmsilçisini təyin etməliydilər. Amma Bordjuanın vaxtını iki dəfə, özü də anlaşılmaz əsasla uzadıblar. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan noyabrda bildirib ki, Ermənistandan namizəd məsələsi üzrə konsensus alınmayıb, ancaq Ermənistan dekabrın 26-da Sankt-Peterburq sammitində öz namizədini müdafiə edəcək. Lakin o zaman da məsələni aprelədək təxirə salmağı qət ediblər.
Aydın olur ki, təkcə Ermənistan təmsilçisinin təyinatı deyil, həm də ümumən rotasiya qaydasının məqsədəuyğunluğu sual altındadır. Və dərhal məlumat gəlib ki, Bordyujanı yanvarın 1-dən müavini əvəz edəcək. Lakin ideya üzrə Bordyujanın səlahiyyətlərini 2017-ci ilin aprelinə qədər uzada bilərdilər. Yəni Bordyujanın uzaqlaşdırılma səbəbi onun işlətdiyi «Dağlıq Qarabağ Respublikası» ola bilərdi.
Bordyujanın bəyanatı KTMT-yə üzv ölkələrdə xeyli suallar doğurub və istisna deyil ki, buna səbəb Azərbaycanın KTMT-dəki tərəfdaşlarının mövqeyi ilə bağlı narazılığı olub. Digər tərəfdən, məgər təcrübəli Bordyuja öz vahimə və riskinə rəğmən bu cür bəyanat verə bilərdimi? İstisna olunmur ki, Bordyuja da bu durumda Ermənistan kimi qurbandır. Təsadüfi deyil ki, bu cür bəyanat vermək «hüququ» məhz ona verilmişdi – Ermənistanı «ovutmaq» üçün «Dağlıq Qarabağ Respublikası» sözünü tələffüz edir, lakin Azərbaycan «təsəlli» üçün onu dərhal da işdən azad edirlər.
Diqqət çəkəndir ki, texniki səbəblər üzündən bağlanmış KTMT saytı rekonstruksiya edildikdən sonra bu bəyanatın orada hansı formada dərc ediləcəyi məlum deyil. Əlbəttə, bu, heç nəyi dəyişmir, çünki bəyanatdan bir-iki gün sonra işdən azad edilmə artıq bildirir ki, bəyanat necə qəbul edilib.
Bu arada Ermənistan cəmiyyəti, demək olar, fikir vermədi ki, Ermənistana münasibətdə Azərbaycanın təcavüzü haqda xatırladılmayıb, Ermənistan dövlət sərhədinin pozulmasından danışılmayıb, vur-tut KTMT-yə üzv ölkənin vətəndaşlarının həlakı münasibətilə bağsağlığı ifadə olunub. Yəni «dövlət sərhədi» ifadəsi «üzv ölkənin ərazisi» ilə əvəzlənib və bu, statusun de-fakto aşağı salınması və anlayışların dəyişdirilməsidir. Söhbət dövlət sərhədinin pozulmasından və nəticə etibarilə təcavüzkarlıq cəhdindən gedirsə, «üzv ölkənin ərazisinə fitnəkarlıq» nə deməkdir?
Bu isə sözügedən dövlətin üzv olduğu blokun uyğun reaksiyasını tələb edir.
Beləliklə, növbəti dəfə aydın olur ki, KTMT-nin Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur və Rusiyaya lazım olduğu üçün blokun üzvüdür. (Strateq.az)