Vaxt.Az

«Allah dünyanı 7 günə yaradıb...»


 

«Obamanın isə onu yox etmək üçün 9 günü var»

«Allah dünyanı 7 günə yaradıb...» Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Barak Obamanın vəzifə müddətinin bitməsinə 9 gün qalmış maraqlı açıqlamaları ilə diqqət çəkib.

VAXT.AZ Milliyet-ə istinadən xəbər verir ki, yeni ABŞ hökuməti, Trampın rəhbərliyi altında 20 yanvar tarixindən sonra işlərə başlayacaq.

Zaxarova rəsmi «Facebook» hesabından bu şərhi verib:

«Hər gün Vaşinqtondan gələn xəbərləri oxuyuram: Bu da Rusiyaya yeni sanksiyalar, Suriya xadimlərini arxadan vurmaq üçün mərmilərin verilməsi, xarici siyasətin bütün istiqamətlərində tamamilə məntiqsiz addımlarını... Allah dünyanı 7 gündə yaradıb. Obamanın dünyanı yox etmək üçün artıq 2 günü daha var».

 





12.01.2017    çap et  çap et