Vaxt.Az

İlk səfər Reykyavikə olacaq


 

Tramp Putinlə Reyqan-Qorbaçov tarixi görüşünü təkrarlamağı planlaşdırır?

İlk səfər Reykyavikə olacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Reykyavikdə görüşməyi planlaşdırır. Bu barədə «Sunday Times» nəşri məlumat yayıb.

«Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır», – deyə nəşrin məlumatında bildirilir.  

Məlumata görə, yeni prezidentin keçid komandasından bildirilib ki, Trampın prezident qismində ilk xarici səfəri Reykyavikə olacaq.

Tramp bundan əvvəl «Wall Street Journal»a müsahibəsində inauqurasiyadan sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə «soyuq müharibə»yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.

 





15.01.2017    çap et  çap et