Vaxt.Az

Trampa qarşı etirazlar artır


 

ABŞ-ın 50 şəhərində aksiyalar keçiriləcək

Trampa qarşı etirazlar artır Yanvarın 14-də ABŞ-ın təxminən 50 şəhərində yeni seçilmiş prezident Donald Trampın qeyri qanuni miqrasiyaya nəzarətin sərtləşdirilməsi planına qarşı kütləvi etiraz aksiyaları keçiriləcək.

«Hərəkət günü» bütün ölkə ərazisində – Nyu-York və Mayamidən (Florida ştatı) Los Anceles (Kaliforniya ştatı) və Finiksədək (Arizona ştatı) təşkil olunacaq.

Məlumata görə, aksiyalara, əsasən, Meksika əsilli sakinlər, hüquq müdafiə və dini təşkilatların nümayəndələri qatılacaq.

 





15.01.2017    çap et  çap et