Vaxt.Az

«Biz onillərdi sizi gözləyirik»


 

Polşalı nazirdən ABŞ əsgərlərinə maraqlı xoşgəldin

«Biz onillərdi sizi gözləyirik» Polşanın baş naziri Beata Şidlo və ölkənin yüksək vəzifəli şəxsləri yanvarın 14-də ölkəyə gələn amerikalı əsgərləri salamlayıblar.

ABŞ hərbçiləri NATO-nun Rusiyanın regionda fəaliyyəti fonunda Şərqi Avropa ölkələrində təhlükəsziliyi gücləndirmək planına uyğun olaraq Polşaya gəliblər.

ABŞ əsgərlərinin qarşılanma mərasimi Almaniya ilə sərhəddin yaxınlığında yerləşən Jaqan şəhərində baş tutub. Polşanın baş naziri deyib ki, ölkə təhlükəsizliyinin gücləndirilməsi yolunda böyük addım atıb.

Polşanın müdafiə naziri Antoniy Makereviç amerikalı hərbçiləri bu sözlərlə qarşılayıb: «Biz sizi onillərdi gözləyirik».

NATO-nun razılaşdırılmış planına görə, Polşada 3.5 min əsgər, minə yaxın «Abrams» tankı, piyada döyüş maşını «Bradley», «Howitz» artilleriya qurğusu yerləşdiriləcək.

 





15.01.2017    çap et  çap et