Vaxt.Az

Robotlara «şəxs» statusu veriləcək


 

Deputat onlar üçün «elementar etik prinsiplərin» yaradılmasını təklif edir

Robotlara «şəxs» statusu veriləcək «The İndependent» yazır ki, Avropa Parlamentinin (AP) üzvləri robotlara hüquqi statusun verilməsi təklifini səsə qoyublar. Bundan sonra robotların «elektron şəxs» adlandırılması nəzərdə tutulub. Hazırda onların öz «hərəkətləri və səhvləri» üçün necə məsuliyyət daşıyacaqları müzakirə edilir.

Lüksemburqlu sosialist millət vəkili Medi Dalvauks-Steres (Mady Delvaux-Stehres) tətəfindən təklif olunmuş hesabat layihəsində deyilir ki, hazırkı qaydalar «texnoloji inqilabdan» geridə qalır. Deputat robotlar üçün «elementar etik prinsiplərin» yaradılmasını təklif edir.

Xanım Delvauks-Steresin qətnamə layihəsi AP komitəsindən asanlıqla keçib.

Yeni qanunun fevral ayında AP-də səsə qoyulması nəzərdə tutulub.

Hesabatda deyilir ki, robotlar və süni zəkanın botlar və androidlər kimi başqa daşıyıcıları yaxın gələcəkdə cəmiyyətin bütün təbəqələrini bürüyəcək.

«Robotların fərdiliyi artdıqca onların sadəcə kiminsə əlində alət olmasının hüquqiliyi azalır - deyilir layihədə, - Bu səbəbdən də adi qaydalar onların tənzimlənməsi üçün kifayət etmir».

Xanım Delvauks-Steres bildirib ki, robotların gələcəkdə də yalnız insanlara xidmət etməsini təmin etmək üçün hüquqi çərçivə hazırlanmalıdır.

2014-cü ildə robotların satışı 29 faiz artıb və bu tarixən ən böyük artım sayılır. Çünki 2010-2014-cü illər arasında artım 17 faiz idi.

Ötən ilin iyununda «Google» ev işləri görən «robot it» yaradıb. Alman alimləri isə robotların ağrı hiss edə bilmələri üçün süni sinir sistemi yaradılması üzərində işləyirlər.

Alimlər bildirirlər ki, sürücüsüz avtomobillər qəzaların sayını 90 faiz azalda bilər.

Lakin alimlər həm də ciddi mənəvi dilemma qarşısındadırlar.

Müəyyən hallarda robot sürücü maşından kənarda olan insanların məhvinə çalışa bilər.

 





15.01.2017    çap et  çap et