Vaxt.Az

Təmizlikdı 5 yanlış


 

Hər sözdə bilirəm deyən qadınların ən azı yarısından çoxu bu yanlışlardan heç olmasa birini edir

Təmizlikdı 5 yanlış Böyüklərdən eşitdiyim qədərilə, hər bir qadının işgüzarlığı evinin səliqə-səhmanı və təmizliyindən bilinir. «Təmizlik prosesində hansı səhvləri buraxa bilərik?» sualına cavab tapmaq istəyirsinizsə, buyurun, xəbəri sona qədər oxuyun.
Səhv 1. Təmizlik zamanı tələskənlik. 
Təmizlik prosesində hər bir qadın əlavə təmizləyici vasitələrdən istifadə edir. Bəzən bu vasitələri müxtəlif səthlərə sürtüb heç gözləmədən süngər vasitəsilə silirik. Halbuki, təmizləyici vasitələrin bakteriyalara təsir etməsi üçün bir neçə dəqiqə tələb olunur. 
Səhv 2. Rezin əlcəklərsiz iş görmək.
Təmizlik zamanı rezin əlcəklərin geyilməsi mütləqdir. Çünki təmizləyici vasitələr dərini qurutmaqla yanaşı, dəri qıcıqlanmasına, iltihablaşmasına, dərinin vaxtından tez qocalmasına, qırışmasına gətirib çıxarır. Kimyəvi vasitələr reproduktiv sistemə son dərəcə mənfi təsir göstərir.
Səhv 3. Aerozollardan hədsiz istifadə.  
Aerozol şəkilli vasitələr maye formasında olan təmizləyici vasitələrə nisbətən daha təhlükəlidirlər. Çünki aerozol təkcə çirklənmiş obyektə deyil, ümumilikdə havaya yayılır ki, bu da burunun və gözün selikli qişasına mənfi təsir edir. Aerozollardan çox istifadə edən qadınlarda astma tutulmalarına daha sıx rast gəlinir. 
Səhv 4. Bir neçə təmizləyici vasitənin eyni anda istifadəsi. 
Bəzən qadınlar elə düşünür ki, bir neçə fərqli təmizləyici vasitələrdən istifadə daha yaxşı effekt verə bilər. Halbuki bu əsla belə deyil. Əksinə, fərqli yuyucu vasitələrin birgə istifadəsi kimyəvi reaksiyalara səbəb ola bilər ki, bunun da nəticəsi ağır ola bilər.
Səhv 5. Yastıqların gec təmizlənməsi. 
Yun yorğanlar, yastıqlar gənələr üçün ən yaxşı mənbədir. Belə ki, yastıqlar insan dərisinin ölmüş hüceyrələrini özünə çəkir və bu da bir çox parazitlər üçün sonradan qida mənbəyinə çevrilir. Ona görə də yastıq, yun örtülərinizi 2 ayda bir dəfə quru təmizləməyə verməlisiniz.
 





20.07.2012    çap et  çap et