Vaxt.Az

Göz qamaşdıran paltar...


 

...üzərində 2000 qiymətli daş saxlayır

Göz qamaşdıran paltar... Brilyantlarla bəzədilmiş dünyanın ən bahalı paltarı təqdim edilmək üçün gün sayır. ANS PRESS-in məlumatına görə, geyim ingilis modelyer Debbi Vingham tərəfindən hazırlanıb. Paltarın üzərində tam 2000 qiymətli daş var. Onların ən dəyərlisi isə qırmızı almazlardır. Modelyer Dubay mədəniyyətinə heyranlığını göstərmək üçün bu geyimi hazırlayıb. Paltarın qiyməti 11.7 milyon funt sterlinqdir.
Bu dəyərli geyim 20 mart-da Dubaydakı Raffles Hoteldə təqdim ediləcək.
Qeyd edək ki, Debbi Vingham moda dünyasında adını ilk olaraq ötən il hazırladığı 13 kq çəkisi olan 50 ədət 2 karatlıq qara brilyant ilə bəzədiyi paltarla tanıtdırıb. Geyimin qiyməti 3.5 milyon funt sterlinq olub.
Qiymətli daşların dəyəri 4.89 milyon sterlinqdir. Geyimin üzərindəki bəzəkli çiçəklərdən bir qismi 2 karatlık ağ, bir qismi isə 2 karatlıq qara brilyantdan ibarətdir. Əl işi olan paltar 14 əyarlı ağ qızıl iplərlə və nadir muncuqlarla bəzədilib.
 





19.03.2013    çap et  çap et