Vaxt.Az

Türk filminə baxış olacaq


 

Park Cinema-da Aşk Kırmızı mətbuata təqdim ediləcək

Türk filminə baxış olacaq Aprelin 5-i, Türkiyənin Sinegraf Film Productions və United İnternational Pictures-in təqdim etdiyi «Aşk kırmızı» filminə press-baxış keçiriləcək.
Mətbuat baxışı Park Cinema kinoteatrında keçiriləcək.
Filmin süjeti qadınla kişi arasındakı münasibətlərə əsaslanır. Emosiyalarla dolğun və süjet gedişatının gözlənilmədən dəyişilməsi tamaşaçını sözsüz ki, təsirləndirəcək. Hər növbəti səhnə gözlənildiyindən daha gözəldir. Bu film “Uzun hekayə”, “Doludizgin yıllar”, “Acı həyat” və s. kimi filmləri ilə tanınmış Türkiyənin məşhur prodüseri, rejissoru və ssenariçisi Osman Sınavın növbəti uğurlu işidir.
Film barədə ətraflı məlumat almaq və trailer və filmdən fotolara baxmaq üçün kinotap səhifəsinə baxa bilərsiniz - http://kinotap.com/az/movies/179
 





04.04.2013    çap et  çap et