Vaxt.Az

Bakı Sirki Moskvada


 

Bizim də artistlərimiz qastrola gedirlərmiş

Bakı Sirki Moskvada Rusiyada Svetnoy Bulvarda Moskva Dövlət Nikulin Sirkini təşkilatçılığı ilə keçmiş SSRİ-nin yaradılmasının 90 illiyi münasibətilə «Yenidən birlikdə Nikulin sirkində» adlı sirk proqramının premyerası keçirilib. Tədbirdə Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə də iştirak edib.
Sirkdən SİA-ya verilən məlumata görə, premyeradan öncə Nikulin sirkinin direktoru Maksim Nikulinin, Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadənin, Ukrayna Dövlət Sirk Kompaniyasının baş direktorunun, Belarus və Latviya sirklərinin direktorlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında V. Bağırzadə Rusiya və MDB dövlətləri KİV-nin suallarını cavablandırıb, Bakı Dövlət Sirkinin fəaliyyəti, beynəlxalq əlaqələri, məşhur azərbaycanlı sirk artistləri barədə məlumat verib.
Məlumat üçün bildirək ki, Rusiyanın Mədəniyyət Nazirliyi, Moskva şəhər rəhbərliyi və Rusiya Dövlət Sirk Kompaniyasının dəstək verdiyi layihə xalqlar arasında dostluq münasibətlərinin inkişafı, mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Qeyd edək ki, «Yenidən birlikdə Nikulin sirkində» adlı sirk proqramında Bakı Dövlət Sirkini gənc sirk artistimiz, hava gimnastı Orxan Əhmədov təmsil edib. Azərbaycan bayrağı ilə manejə çıxan O.Əhmədovun debüt çıxışı yüksək səviyyəsilə seçilib.
 





19.10.2012    çap et  çap et