Vaxt.Az

Donald Trampdan krala zəng


 

Söhbətdə İranı hədəfə aldılar

Donald Trampdan krala zəng ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səuda zəng edib.

Strateq.az «SPA» agentliyinə istinadla xəbər verir ki, yanvarın 29-da, axşam saatlarında baş tutmuş telefon danışığında Səudiyyə Ərəbistanı və Amerika liderləri iki dost ölkə arasında tarixi əlaqələr, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və hərbi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini, strateji tərəfdaşlıq, habelə regionda və dünyadakı ümumi vəziyyəti müzakirə ediblər.

Terrorizm, ekstremizm və onların maliyyə resurslarına qarşı birgə mübarizə məsələləri də söhbət mövzusu olub.

D.Tramp Səudiyyə Ərəbistanı kralını ABŞ-a dəvət edib.

Bundan başqa, Ağ Ev rəhbəri Suriya və Yəməndə təhlükəsiz zonaların yaradıtmaq niyyətni kral Salmana çatdırıb.

Tərəflər İranın regionda sabitliyin pozulmasına yönələn fəaliyyətini də qeyd ediblər.

D.Tramp kral Salmana Səudiyyə Ərəbistanında həyata keçirilən «Vision 2030» proqramı çərçivəsində iqtisadi əməkdaşlığı gücləndirmənin vacibliyini vurğulayıb.

 





30.01.2017    çap et  çap et