Vaxt.Az

«İran odla oynayır»


 

Fars-molla rejimi Obamanın atasına rəhmət oxuyacaq

«İran odla oynayır» ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib. APA-nın xəbərinə görə, D. Tramp özünün «Twitter» səhifəsində aşağıdakıları yazıb: «İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə «xeyirxah» olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!»

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini «qorxunc» adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib.

 





03.02.2017    çap et  çap et