Vaxt.Az

Həftənin ilk günü əsl payız havası olacaq


 

Sabah yağmurlu, tutqun və dumanlı hava proqnozlaşdırılır

Həftənin ilk günü əsl payız havası olacaq İş həftəsinin ilk günü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 8-12, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-12, gündüz 16-21. 
Dağlarda gecə -5 dərəcəyə kimi şaxta proqnozlaşdırılır.
 





27.10.2013    çap et  çap et