Vaxt.Az

10 ayda göydən Yerə 230 «zibil» düşüb


 

Yoxsa ya yer kosmosun zibilinə düşüb?

10 ayda göydən Yerə 230 «zibil» düşüb NASA-nın (Milli Aeronavtika və Kosmos İdarəsi) verdiyi məlumata görə, 2013-cü ilin əvvəlindən Yer planetinə 230-dan artıq kosmik obyekt düşüb.
Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, kosmik «zibil» adlandırılan belə obyektlər arasında kosmik aparatlar, raket qalıqları üstünlük təşkil edir.
NASA-dan verilən açıqlamaya əsasən, kosmik aparatlar və raketlər elə quraşdırılıb ki, onların elementləri Yerin səthinə çatmadan atmosferdə yanır. Yanmayan komponentlər olsa da, onlar, əsasən, okeanlara və əhalisi az olan yerlərə düşür.
Bu il Yerin atmosfer qatına 33 peyk və təqribən 200 tullantı daxil olub.
 





30.10.2013    çap et  çap et