Vaxt.Az

25 günlük körpədən 101 yaşlı qocaya qədər


 

Oftomoloqlarımız ilkə imza atdılar

25 günlük körpədən 101 yaşlı qocaya qədər Azərbaycanda ilk dəfə olaraq 25 günlük uşağın gözündə cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat Respublika Diaqnostika Mərkəzində həyata keçirilib.
Mərkəzin baş oftalmoloq həkimi Xəlil Hüseynov jurnalistlərə bildirib ki, uşaq cərrahiyyəsi üçün diaqnostika əsasdır. Düzgün diaqnostikanın aparılması üçün müasir avadanlıqlar lazımdır.
Həkimin sözlərinə görə, Mərkəzdə gözlə bağlı xəstəliklərdən əziyyət çəkən bütün uşaqlar, hətta yeni doğulmuşlar da əməliyyat oluna bilərlər. Respublika Diaqnostika Mərkəzində uşaqlara tam tələblərə uyğun narkoz verilir və əməliyyatlar həyata keçirilir.
X.Hüseynov qeyd edib ki, Mərkəzdə 101 yaşlı insan üzərində də əməliyyat aparılıb. Fəsadlı «Mirvari suyu»ndan (katarakt) əziyyət çəkən həmin xəstənin görmə qabiliyyəti tam bərpa olunub.
 





01.11.2013    çap et  çap et