Strateq.az xəbər verir ki, B.Əsəd Birləşmiş Ştatların Suriyanın suverenliyi və birliyi haqqında aydın siyasi mövqeyə malik olduğu təqdirdə İŞİD-ə qarşı mübarizədə Vaşinqton ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Suriya prezidenti keçmişdə ABŞ-ın sabiq prezidenti Barak Obamanın və Qətər hökumətinin üsyançıları dəstəklədiyini əsas gətirərək onların iştirakı ilə təhlükəsiz zonalarının yaradılmasını «qeyri-real fikir» adlandırıb: «Təhlükəsiz zonaları ola bilər. Amma bu bütün ölkə olmalıdır. Əlavə zonalara ehtiyac yoxdur».