Vaxt.Az

Bakı ermənisindən Ukraynaya xəyanət


 

Arsen Avakov Lapşini Azərbaycana verməkdən imtina edib

Bakı ermənisindən Ukraynaya xəyanət Azərbaycan blogger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı sorğuyla yalnız Belarusa yox, həm də Ukraynaya müraciət edibmiş. Virtualaz.org bildirir ki, bu barədə Regnum məlumat yayıb.

Agentliyin məlumatına görə, Azərbaycanın Baş Prokurorluğu, blogger Aleksandr Lapşinin, ölkənin ərazi bütövlüyünün pozulmasına ictimai çağırışlar etdiyinə və sərhədi keçmək üçün lazımlı sənədlərinin olmadığına görə, Azərbaycana verilməsi xahişi ilə Ukraynaya müraciət edib, amma Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovdan imtina cavabı alıb. Bundan sonra Azərbaycan Belarusa müraciət edib.

Xatırladaq ki, Lapşin, İsrail və Rusiya ilə yanaşı, Ukrayna pasportuna da malikdir. O, Azərbaycana məhz Ukrayna pasportu ilə daxil olmuşdu, baxmayaraq ki, onun adı artıq bizim ölkəmizin Xarici İşlər Nazirliyinin «qara siyahı»sında idi. Lapşin onda Ukrayna pasportunda adının «Oleksandr» kimi yazılmasından istifadə etmişdi.

Aleksandr Lapşin dekabrın 15-də Minskdə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırışlar etdiyinə görə təqsirləndirilən şəxs qismində saxlanılıb və beynəlxalq və dövlətlərarası axtarışda olduğu üçün fevralın 7-də Bakıya ekstradisiya olunub.

VAXT.AZ qeyd edir ki, belə bir ehtimal da var ki, Lapşinin adının pasportunda «Aleksandr» əvəzinə «Oleksandr» yazılması da Arsen Avakov tərəfindən təşkil olunub. Çünki bir şəxsin adı dəyişdirilərkən onun bu dəyişiklik onun bütün sənədlərində əksini tapmalıdır. Yəni kimsə (ingilis dilində göstərilən bolmədə) bir pasportuna bir adla, digərində başqa adla göstərilə bilməz. Əks halda bu terrorizmə bərabər, beynəlxalq cinayət sayılır. Bu qanunsuz dəyişiklik isə yalnız pasportu verən idarənin birinci şəxsi səviyyəsində, qısası daxili işlər naziri tərəfindən mümkündür. Bildiyimiz kimi, Lapşinin 3 ölkənin pasportunu daşıyır. Azərbaycan hökuməti həmin 3 sənəddəki məlumatları tutuşdura bilər. Və əgər Lapşinin adı Rusiya və İsrail pasportlarında «Aleksandr», Ukraynadan aldığı sənəddə «Oleksandr» olarsa, Azərbaycan bu qanunsuzluğun araşdırılması üçün Ukrayna dövlətinə müraciət edə bilər.

Digər bir vacib məqam da ondan ibarətdir ki, Ukrayna və Azərbaycan GUAM (Gürcüstan Ukrayna Azərbaycan və Moldova) təşkilatının üzvləridir və bu dövlətlər separatizmdən əziyyət çəkirlər. GUAM dövlətlərinin imzaladıqları sazişə görə, kimsə GUAM üzvü dövlətlərdən birinin icazəsi olmadan onun nəzarətindən çıxan ərazisinə daxil olarsa və bu səbəbdən adı qara siyahıya düşərsə, həmin şəxsə digər 3 dövlətin sərhədlərini keçmək qadağan olunur. «Dağlıq Qarabağ»a getdiyinə görə də, Lapşin adı Azərbaycanın «qara siyahısı»na düşüb. Ukrayna isə GUAM anlaşmasını pozaraq, nəinki Lapşinə öz sərhədlərindən içəri buraxıb, hətta ona vətəndaşlıq da verib və tamam başqa adla.

 





12.02.2017    çap et  çap et