Vaxt.Az

«Tramp açıq şəkildə işarə etdi ki, ...»


 

ABŞ prezidenti Rusiyadan Krımı qaytarmasını gözləyir

«Tramp açıq şəkildə işarə etdi ki, ...» ABŞ prezidenti Donald Tramp Rusiyanın Krımı Ukraynaya qaytaracağını gözləyir. Virtualaz.org «DW»yə istinadən bildirir ki, bunu ABŞ administrasiyasının rəsmi nümayəndəsi Şon Spayser fevralın 14-də keçirdiyi brifinqdə deyib.

«Donald Tramp açıq şəkildə işarə etdi ki, Rusiya hökumətindən Ukraynada zorakılığa son qoymasını və Krımın qaytarılması üzrə addım atmasını gözləyir», - deyə Spayser bildirib.

Ş.Spayser sonra onu da əlavə edib ki, eyni zamanda, prezident Rusiya ilə dostluq şəraitində yaşamaq istəyir və o cür də münasibət gözləyir.

 





15.02.2017    çap et  çap et