Vaxt.Az

Mehriban Əliyeva səhiyyə təhlükəsizliyi müzakirəsində


 

Birinci xanım Münhen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib

Mehriban Əliyeva səhiyyə təhlükəsizliyi müzakirəsində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva fevralın 18-də 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.

Panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

53-cü Münhen Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdıracaq.

 





18.02.2017    çap et  çap et