Vaxt.Az

Lütfi Zadə Bakıya gələcək


 

Alimlərimizin I qurultayında iştirak üçün

Lütfi Zadə Bakıya gələcək Gələn il Kaliforniya Berkli Universitetinin professoru olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin Azərbaycana gələ bilər.
Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri Səid Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, 2014-cü ilin mart ayında alimlərin I qurultayı keçiriləcək. Onun sözlərinə görə, qurultayla bağlı tədbirlər planı hazırlanıb və yaxın günlərdə Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq. «Gələn ilin mart ayında keçirilməsi planlaşdırılan alimlərin I Qurultayına dünyanın harasında fəaliyyət göstərməsindən asılı olmayaraq azərbaycanlı alimlərin dəvət edilməsi planlaşdırılır. Təbii ki söhbət azərbaycanlı alimlərdən gedirsə Lütfi Zadənin də adı bu siyahıya daxildir».
Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq alımlərin I Qurultayının keçirilmə məqsədi Azərbaycan alimləri ilə dünya alimlərini bir yerə toplamaqdır.
 





05.11.2013    çap et  çap et