Vaxt.Az

«Dövlət ciddi olmalıdır»


 

İsa Kəlantəri: «Layihələrin icrası üçün lazım olan vəsait verilməlidir»

«Dövlət ciddi olmalıdır» Urmiya Gölünü Bərpa Mərkəzinin rəisi növbəti dəfə problemin aradan qaldırılması üçün ayrılan büdcə vəsaitinin təhvil verilməsi məsələsinə toxunub.

«Gölün bərpası üçün ayrılan büdcə vəsaitinin təhvil verilməsində birinci mərhələ gerçəkləşdi. Fevralın 23-də ödənilən məbləğ gölün dirçəldilməsi işləri ilə əlaqədar layihələrin podratçılarına (peymankar) veriləcək. Dövlət büdcə vəsaitinin qalan hissəsini təhvil verməkdə ciddi olmalıdır», deyə İsa Kəlantəri bildirib.

Dövlətin Urmu gölü məsələsinə daha çox diqqət yetirməsini tələb edən İ.Kəlantəri təmsil etdiyi mərkəzin fəaliyyətinə də toxunub. «Ötən sentyabr ayınadək gölün canlandırılması uğrunda layihələr proqrama uyğun olaraq həyata keçirildi, lakin sonra vəsaitin olmaması səbəbindən layihələrin icrası zəiflədi və ümumi vəziyyət pisləşdi. Prosesin belə getməsi təbii ki, gölə bir başa təsir edir, ona görə də layihələrin icrası üçün lazım olan vəsait mövcud olmalıdır», deyə o vurğulayıb.

İ.Kəlantəri Urmiya gölündə ötən illə müqayisədə suyun səviyyəsinin qalxdığını bildirib.

 





28.02.2017    çap et  çap et