Vaxt.Az

Rus aviasiyasını növbəti «səhvi»


 

Bu dəfə ərəb koalisiyası qüvvələrinə zərbə endirilib

Rus aviasiyasını növbəti «səhvi» Rusiya və Suriya qırıcıları Əl-Bab şəhəri ətrafında yerləşən bir neçə kənddə səhvən ABŞ-ın dəstəklədiyi ərəb koalisiyası qüvvələrinə zərbə endirib.

Bu bəyanatla çərşənbə günü Amerika general-leytenantı, İŞİD-ə qarşı beynəlxalq əməliyyatların komandanı Stiven Taunsend çıxış edib.

Onun sözlərinə görə, əməliyyat çərşənbə axşamı aparılıb. General bildirib ki, həmin ərazidə Suriyanın hökumət qüvvələri və Türkiyə hərbçiləri də olub.

Rusiyanın Müdafiə Nazirliyi ərəb koalisiyasına zərbənin endirilmədiyini bildirib.

Çox maraqlıdır ki, rus aviasiyasının səhvinin növbəti qurbanı da Suriya prezidenti Bəşər Əsədə qarşı olan qüvvələr olub.

Belə ki, bir müddət öncə rus aviasiyası Əl-Bab yaxınlığında Türkiyə hərbçilərini bombalamışdı. Rusiya Müdafiə Nazirliyi bombalanan koordinatların Türkiyə Qərargahından alındığını desə də, sonradan Ankara bunu nəinki təkzib etdi, hətta bildirdi ki, orda türk hərbçilərinin olduğunu ruslara demişdik.

 





02.03.2017    çap et  çap et