Vaxt.Az

Axsaq dəvənin kor nalbənd(yanı)i


 

Sərkisyan rejiminin şikəst xarici siyasətini sürən adamın gözləri «görmür»

Axsaq dəvənin kor nalbənd(yanı)i «Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Xankəndində yerli separatçıları ruhlandırmaq üçün deyib ki, bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın «müstəqilliyini» tanıya bilər. Nalbəndyan konkret dövlətin adını çəkə bilməyib, yalana oxşayır. Çünki, özünə hörmət edən heç bir dövlət separatçıları tanımaz. Ancaq istisna etmirəm ki, Mərkəzi Amerikada hansısa kiçik dövlət və ya bir neçə min əhalisi olan nöqtə boyda ada ermənilərin hiyləsinə aldanaraq Dağlıq Qarabağın «müstəqilliyini» tanısın». Bu sözləri Atlas Araşdırmaları Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Nalbəndyanın açıqlamasına münasibət bildirərkən deyib.

Vaxtilə bir neçə dövlət Rusiyaya xoş gəlmək üçün Abxaziya və Cənubi Osetiyanın «müstəqilliklərini» tanımışdı deyən politoloq qeyd edib ki, «bu mənada Azərbaycan XİN həmin «günü» gözləmədən xüsusi bəyanatla çıxış etməlidir ki, Azərbaycan torpaqlarının işğalı üzərində qurulan «dövləti» hansı ölkə tanısa bu beynəlxalq hüquqa zidd olacaq və həmin dövlətə qarşı sanksiyaların qəbuluna çalışılacaq».

 





02.03.2017    çap et  çap et