Vaxt.Az

Pulun 10 faizi ödənilib


 

«Şərqi Azərbaycanda məktəb binaları üçün ayrılan büdcə vəsaiti təhvil verilmir»

Pulun 10 faizi ödənilib Şərqi Azərbaycan Məktəblərin Təchizi və Yenidənqurma İşləri Qurumunun rəisi təmsil etdiyi qurumun maliyyə problemlərindən danışıb.

«Cari ildə Şərqi Azərbaycanın məktəb binaları üçün 330 milyard rial pul ayrılıb, lakin bu məbləğin yalnız 10 faizi, daha dəqiq desək 32 milyard rial təhvil verilib. Bu məsələ  Məktəblərin Təchizi və Yenidənqurma İşləri Qurumunu ağır vəziyyətdə qoyub, hazırda podratçılara (peymankar) 170 milyard rial borcumuz var», - deyə Məhəmmədrza Eydi Binab Şəhər Təhsil Şöbəsi Şurasının keçirdiyi iclasda bildirib.

Binabda məktəblərin tikilməsi və təmir edilməsində xeyriyyəçilərin böyük rol oynadığını qeyd edən M.Eydi əlavə edib ki, hazırda Binabda 17 məktəbdə yenidənqurma işləri gedir, bu işlərin əksəriyyəti xeyriyyəçi insanların vəsaiti hesabına həyata keçirilir. «Dövlətin ayırdığı büdcə vəsaiti az olduğundan xeyriyyəçi insanlara çox ehtiyac var, əks halda məktəb binalarının təmir edilməsi üçün uzun zaman gözləməli olacağıq», - deyə o vurğulayıb.

Xatırladaq ki, Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 





02.03.2017    çap et  çap et