Vaxt.Az

Güneydə universitet müəllimi həbs edildi


 

Dərs zamanı müqəddəsləri təhqir etdiyinə görə...

Güneydə universitet müəllimi həbs edildi «Qəzvin Beynəlxalq Universitetinin müəllimi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb». Bu barədə Qəzvin prokuroru Sadiqi Niyarəki martın 2-də mətbuata məlumat verib.

«Qəzvin Beynəlxalq Universitetinin müəllimlərindən biri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun dərs zamanı müqəddəsləri təhqir etdiyi barədə məlumat var. Saxlanılan müəllim universitetin elmi heyətinin üzvüdür», - deyə o bildirib.

Prokuror əlavə edib ki, yaxalanan şəxs barəsində vəsiqə qərarı çıxarılıb, o hələlik müvəqqəti olaraq həbsxanada saxlanılır.

Universitet müəlliminin kimliyi barədə hələlik dəqiq məlumat yoxdur.

 





03.03.2017    çap et  çap et