Vaxt.Az

«Status kvo dayanıqlı deyil»


 

Malena Mard: «Hazırlıq işimizdə çox ambisiyalıyıq»

«Status kvo dayanıqlı deyil» «Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb».

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: «Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə - iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var».


***


«Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyirik».

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, «status kvo» dayanıqlı deyil: «Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber mütəmadi olaraq regiona səfər edir. O, hazırda bacardığı qədər tez müddətdə Azərbaycana səfər etməyi planlaşdırır».

 





03.03.2017    çap et  çap et