Vaxt.Az

Rektordan ibrətamiz hərəkət


 

Hafiz Paşayev tələbə yeməkxanasında nahar edir

Rektordan ibrətamiz hərəkət Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin tələbə yeməkxanasında nahar etməsi ilə bağlı foto maraqla qarşılanıb. Fotonu tanınmış teleaparıcı Qərib Azər sosial şəbəkədə paylaşıb.
«Avropada təhsil müəssisələrinin rəhbərlərinin tələbələrlə birbaşa təmasda olması normal haldır. Amma Diplomatiya Akademiyasında bu xoş hal və demokratik idarəetmə hələki bizi təəccübləndirir» - deyə A.Qəribov yazıb.
Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev həm də xarici işlər nazirinin müavinidir.
 
 





07.11.2013    çap et  çap et