Vaxt.Az

Fəhlə inqilabı iri şəhərləri bürüdü


 

Bir neçə sənaye müəssisəsinin işçiləri etiraz aksiyası keçirib

Fəhlə inqilabı iri şəhərləri bürüdü Güney Azərbaycanda əksər sənaye və istehsal müəssisələri işçilərin maaş haqlarını ödəmək iqtidarında deyil. Buna səbəb bazarda olan durğunluq və bölgədə hökm sürən iqtisadi tənəzzüldür.

Son məlumata görə, Təbriz Podşipnik (bolbrinq) Zavodu, Ərdəbil Dəmirəritmə Zavodu və Tikantəpədə fəaliyyət göstərən Azərbaycan Zərşuran Qızıl Fabrikinin işçiləri növbəti dəfə olaraq etiraz aksiyası keçiriblər. Bazar günü keçirilən aksiyalarda işçilər sahibkarlardan bir neçə aydır gecikən maaş və bayram haqlarını tələb ediblər.

Məlumata görə, ailələrinin maliyyə cəhətdən ağır vəziyyətdə olduğunu bildirən işçilər yerli məsulların onların probleminə laqeyd yanaşdığını bildiriblər.

Etiraz aksiyaları Təbrizdə İcra Hakimiyyəti (fərmandari), Ərdəbildə Valilik və Tikantəpədə İcra Hakimiyyətinin binası qarşısında baş tutub.

İşçilərin başlatdığı etiraz aksiyalarının davam edəcəyi gözlənilir.

 





14.03.2017    çap et  çap et