Vaxt.Az

«Bizim ümumi köklərimiz var»


 

Artur Ağacanov: «Qarabağ münaqişəsinin pozitiv planda həlli yaxındır»

«Bizim ümumi köklərimiz var» «Dağlıq Qarabağ münaqişəsinin pozitiv planda həlli yaxındır». Bunu «Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu» mövzusunda Bakıda keçirilən konfransda iştirak edən Ukraynadan olan tədqiqatçı, erməni əsilli Artur Ağacanov bildirib.

A.Ağacanov deyib ki, əsas məsələ münaqişənin həllinə inanmaqdır:

«Mən erməniyəm, Bakıda anadan olmuşam, əslən qarabağlıyam. Qarabağda indi müxtəlif xalqların nümayəndələri yaşayır. Mənim tanıdığım ermənilər arasında münaqişə ilə bağlı eyni fikirləri bölüşənlər var. Amma onlar bunu açıq şəkildə dilə gətirməyə ehtiyat edirlər. Lakin öz aralarında münaqişənin həllinə pozitiv yanaşırlar. Bizi yalnız din ayırır ki, bu da o qədər önəmli amil deyil. Bu, mənim fikrimdir. Ola bilsin ki, hazırda Ermənistanda türklər də yaşayır. Məsələn, mənim soyadım Ağacanovdur. Bu isə o deməkdir ki, bizim ümumi köklərimiz var. Məsələn, Allahverdiyev, Mirzəbəyov kimi ortaq soyadlarımız var».

 





14.03.2017    çap et  çap et