Vaxt.Az

Fəhlə inqilabı alovlanır


 

Təbrizdə daha bir sənaye müəssisəsinin işçiləri etiraz qalxdı

Fəhlə inqilabı alovlanır Martın 14-də «Akya Xodro» Şirkətinin işçiləri maaşlarının gecikdirilməsinə etiraz olaraq Təbriz Şəhər İcra Hakimiyyəti (fərmandari) qarşısında etiraz yığıncağı keçiriblər.

Onlar çalşıdıqları zavodun qarşısında aksiya keçirdikdən sonra tələblərinə baxılmadığı üçün növbəti dəfə yığıncaq keçirməyə qərar veriblər.

Ailələrinin maliyyə baxımından ağır vəziyyətdə olduğunu bildirən işçilər bir ildir maaşlarının gecikdirilməsi, bayram haqlarının ödənilməməsi və əmək haqlarının az olduğuna etiraz ediblər.

Etirazçıların qaldırdığı plakatlar üzrəinə «Ailəmizin qarşısında utanırıq», «Bir il maaşsız işləmək» və s. Kimi şüarlar yazılıb.

Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən ağır iqtisadi vəziyyət bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər isə maaşlarını vaxtı-vaxtında ala bilmir vəya ixtisar edilərək işsiz qalır.

 





15.03.2017    çap et  çap et